Şriftin ölçüsü :

Saytın rəngi :

Biləcəri qəsəbəsində 2016-ci il üzrə ali məktəblərə yüksək balla qəbul olunan şagirdlərlə görüş keçirildi

31 avqust 2016 | 11:00

31 avqust tarixində Biləcəri bələdiyyəsinin “İctimai-humanitar” sektorunun təşkilatçılığı ilə qəsəbə ərazisində 2016-ci il üzrə ali məktəblərə yüksək bal toplayaraq qəbul olunan şagirdlərlə görüş keçirildi.
İlk öncə tədbiri açıq elan edən Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev şagirdləri salamladı və qəsəbə ərazisində şagirdlərin bu cür nəticə göstərmələrini yüksək qiymətləndirərək onların müəllim və valideynlərini təbrik etdi.
Sonra çıxış edən şagirdlər, onların valideynləri, öz sevinclərini bölüşərək tədbir üçün təşəkkürlərini bildirdilər.
Tədbirin sonunda şagirdlərə Biləcəri bələdiyyəsi tərəfindən təhsildə əldə etdikləri uğurlara görə təşəkkürnamələr təqdim edildi.

Keçidlər