Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədinin balaca fidanları Şəhid anasını doğum günü münasibətilə təbrik etdilər

31 avqust 2016 | 11:00

Binəqədi rayonunda 31 avqust tarixində 2 aprel döyüşlərində qəhrəmancasına şəhid olan Fəxrəddin Qurbanlının anasının doğum günü qeyd edildi.
Belə ki, Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşları, Asan Könüllüləri, Rayon gəncləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Azərbaycan milli komandasının üzvü, "Neftçi İdman Klubu”nun cüdoçusu,  Rio de Janeyro-2016 Yay Olimpiya Oyunlarının gümüş medalçısı Rüstəm Orucov və 86 saylı uşaq bağçasının balaca fidanları şəhidin evinə gedərək anasını doğum günü münasibətilə təbrik etdilər.
Onlar şəhid anasını təbrik edərək ona cansağlığı dilədilər və Fəxrəddin kimi vətənə layiqli  övlad bəxş etdiyi üçün təşəkkür etdilər.
Şəhid anası ona göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirdi.
Daha sonra rayonun balaca fidanları şəhid anasını öz şeir töhvələri ilə təbrik etdilər.
Sonda rayon adından şəhid anasına hədiyyə təqdim edildi.

Keçidlər