Binəqədi qəsəbəsində ali məktəblərə yüksək balla qəbul olunmuş şagirdlərlə görüş keçirildi
31 avqust tarixində Binəqədi qəsəbə bələdiyyəsinin “İctimai-humanitar” sektorunun təşkilatçılığı ilə ali məktəblərə yüksək balla qəbul olunmuş Binəqədi qəsəbəsinin şagirdləri ilə görüş keçirildi.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Hacıbaba Babayev, Binəqədi qəsəbəsinin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elxan Əliyev, Binəqədi qəsəbə Bələdiyyəsinin sədri Aytac Əliyeva, yüksək bal toplayan şagirdlər, onların müəllim və valideynləri iştirak etdilər.
Tədbiri açıq elan edən “İctimai-siyasi” sektorun müdiri Mətanət Nəsibova qonaqları salamlayaraq tələbə adı qazanmış şagirdləri, onların müəllim və valideynərini təbrik etdi.
Daha sonra aprel ayı döyüşlərində şəhid olmuş qəsəbə sakinləri Fəxrəddin Qurbanlının və Emin Bağırovun xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra çıxış üçün söz Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyevaya verildi. Bələdiyyə sədri qonaqları salamlayaraq yüksək balla universitetlərə qəbul olan şagirdləri təbrik etdi, onların uğurları ilə hər birimizin fəxr etməsi gərəkdiyini bildirdi. Çünki onların uğurları Binəqədi qəsəbəsinin uğurudur. Təbrikə davam edən Aytac Əliyeva məzunları bu uğurlarında müəllim və valideynlərinin də böyük zəhməti olduğunu qeyd edərək, onlara öz təşəkkürünü bildirdi.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov tədbir iştirakçılarını rayon rəhbərliyi adından salamladı, təhsildə yüksək nəticə göstərən şagirdləri, onların müəllim və valideynlərini təbrik etdi.
Məzunlar da öz fikirlərini bildirərək qeyd etdilər ki, bütün bu uğurlarında onlara daim dəstək olan valideynlərinə və müəllimlərinə borcludurlar.
Daha sonra sədr Aytac Əliyeva Binəqədi qəsəbə bələdiyyəsi adından şagirdlərin hər birinə hədiyələr təqdim etdi, müəllimlərə isə gül çələngləri verildi.
Tədbir çay süfrəsi ətrafında davam etdirilmiş və sonda “Son zəng” sədaları altında şagirdlərə uğurlar arzu edildi.