Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Ekologiyamıza balacalarımızla birgə baxış” adlı ekoloji məşğələ keçirildi

02 sentyabr 2016 | 11:00

2 sentyabr tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və ASAN könüllüləri tərəfindən irəli sürülmüş "Yaşıl ASAN" təşəbbüsü ilə  Binəqədi rayonu 158 saylı körpələr – evi uşaq bağçasında  5 saylı Bakı “ASAN xidmət” mərkəzinin K-55 “Ekologiya” könüllü qrupunun təqdimatında “Ekologiya nədir" adlı təlimi keçirildi.
Keçirilən təlimdə məktəbəqədər hazırlıq qruplarına “ekologiya nədir”, “ekoloji sfera”, “ekologiyanın insan sağlamlığında rolu” ilə bağlı məlumat verildi.
Təlim məşğələrindən sonra uşaqlarla birlikdə bağçanın həyətində təmizlik aksiyası keçirildi.


 

Keçidlər