Sakinlərin Müraciət Xidmətinə 2016-cı ilin avqust ayında daxil olan müraciətlər haqqında hesabat
2016-cı ilin avqust ayı üzrə statistik rəqəmləri əks etdirən göstəricilər təhlil edilərkən müəyyən edilmişdir ki, cavablandırılmış zənglərin sayı cavablandırılan zənglərin sayı 2651, birbaşa cavablandırılan zənglərin sayı 2097, yaradılan əks əlaqələrin sayı 686, günlük orta zəng sayı 105, tərtib edilən şikayət vərəqələrinin sayı 554 olub.
Şikayət xarakterli müraciətin 554-nün icrası təmin edilib, o cümlədən 427-si və ya 77 %-i tam həll olunub, 64-ü və ya 11,6 %-i qismən həll edilib, 63-ü və ya 11,4 %-nə müvafiq izahat verilərək həll edilib.
Avqust ayı üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin 335-i və ya 60,5 %-i su-kanalizasiya, 78-i və ya 14,1 %-i qaz təchizatı, 71-i və ya 12,8 %-i lift problemləri, 27-si və ya 4,9 %-i sakinləri narahat edən digər məsələlər, 20-si və ya 3,6 %-i elektrik təchizatı ilə bağlı, 15-i və ya 2,7 %-i zibil və tullantılar ilə əlaqədar, 4-ü və ya 0,7 %-i yaşıllaşdırma idarəsi, 4-ü və ya 0,7 %-i küçələrin işıqlandırılması idarəsi ilə əlaqədar olmuşdur.
Xidmətə ay ərzində 15 təşəkkür müraciəti daxil olub.