Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda ümumrayon iməciliyi keçirildi

03 sentyabr 2016 | 11:00

3 sentyabr 2016-cı il tarixdə Binəqədi rayonunda ekologiyanın və ətraf mühitin mühafizəsi məqsədilə ənənəvi olaraq müxtəlif ərazilərdə təmizlik və abadlıq aksiyaları keçirildi.
Binəqədi rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən aksiyada İcra Hakimiyyətinin və YAP Binəqədi rayon təşkilatının əməkdaşları, Gənclər Birliyinin fəallarının, Binəqədi rayon Yaşıllaşdırma İdarəsinin əməkdaşlarının iştirakı ilə Biləcəri qəsəbəsi Natəvan küçəsində Şamlıq ərazisində genişmiqyaslı təmizlik aksiyası keçirildi. Eyni zamanda, aksiyada rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi, rayonun bələdiyyələri, həmçinin ayrı-ayrı idarə, müəssisə və təşkilatları, ümumilikdə 250 nəfər  fəal iştirak etdilər.
Aksiya çərçivəsində Şamlıq ərazisi ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizləndi. Məişət tullantılarının ətrafa yayılmasının qarşısını almaq, eləcə də onların daşınmasının asanlaşdırmaq məqsədilə aparılan təmizlik işlərinə 3 Kamaz, 2 xüsusi təyinatlı maşın cəlb olundu. Təmizlik işləri çərçivəsində 200 kvadrat metr ərazidən toplanan məişət tullantıları xüsusi nəqliyyat vasitələri ilə ərazidən daşındı.
O cümlədən, aksiya iştirakçıları Azadlıq prospekti boyunda təmizlik və abadlıq işlərini davam etdirdilər. Azadlıq prospektində 300 kvadrat metr əraziyə qazon örtüyü salındı, ətrafa 100-dən artıq rəngbərəng qızılgül kolları əkildi. Estetik görüntüsü ilə diqqəti cəlb edən nümunəvi tullantı meydançalarının ətrafı gül dibçəkləri ilə bəzədildi. Azadlıq prospekti 189 ünvanında yaşlı və gənc nəsilin istifadəsi üçün söhbətgah, uşaqlar üçün oyun meydançası, məhəllədaxili park qurularaq sakinlərin ixtiyarına verildi.
Bundan başqa, Azadlıq prospekti boyunca yol kənarlarında velosiped yolu işarələnək rəngləndi. 
Təmizliyin qorunmasında mühüm əhəmiyyət kəsb edən ictimai dəstəyə nail olmaq məqsədilə belə aksiyaların ənənəvi şəkildə keçirilməsi planlaşdırılır.
Təmizlik aksiyasının sonunda iştirakçılar üçün çay süfrəsi təşkil edildi.

Keçidlər