Binəqədi rayonunda keçiriləcək Təhsil konfransına hazırlıq məqsədilə ali məktəblərə yüksək balla qəbul olunan məzunlarla görüş keçirildi
5 sentyabr tarixində YAP Binəqədi rayon təşkilatının inzibati binasında keçirilməsi nəzərdə tutulan Təhsil konfransına hazırlıq məqsədilə Ali məktəblərə yüksək bal yığaraq ali məktəblərə qəbul olunan məzunlarla görüş keçirildi.
Keçirilən görüşdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov və yüksək bal yığan məzunlar iştirak etdilər.
İlk öncə görüşü açıq elan edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov məzunları salamlamış və onları yüksək nəticə əldə etdikləri üçün təbrik etdi. Daha sonra natiq məzunlara YAP-nın fəaliyyəti haqqında geniş məlumat verdi və 26 sentyabr tarixində ölkəmizdə keçiriləcək Referendum seçkilərində aktiv olmağa səsləndirdi.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva məzunları rayon rəhbərliyi adından salamladı və əldə etdikləri uğurları rayonumuzun uğuru olduğunu qeyd etdi. Natiq çıxışında son illər dövlət başçısı tərəfindən təhsilə verilən qiyməti şagirdlərimizin əldə etdikləri uğurların timsalında gördüyünü vurğuladı.
Çıxışlardan sonra məzunlarla fikir mübadiləsi aparıldı və rayonda keçirilməsi nəzərdə tutulan təhsil konfransına hazırlıq işləri müzakirə edildi.