Şriftin ölçüsü :

Saytın rəngi :

Rəsulzadə bələdiyyəsi “Gənc istedadlarımızı tanıyaq” adlı yeni layihəyə star verdi

07 sentyabr 2016 | 11:00

7 sentyabr 2016-cı il tarixində M.Ə.Rəsulzadə bələdiyyəsinin  “İctimai-humanitar” sektorunun təşkilatçılığı ilə “Gənc istedadlarımızı tanıyaq” adlı layihəyə start verildi.
Layihə çərçivəsində ilk olaraq qəsəbə sakini, gənc rəssam Həşimova Güllər Hidayət qızının evində görüş keçirildi. Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşı Jalə Tofiqqızı, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov və bələdiyyə  üzvləri gənc rəssamın əl işləri ilə yaxından tanış oldular. 
M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov dövlətin həyata keçirdiyi uğurlu gənclər siyasətindən danışaraq bildirdi ki, hər zaman istedadlı gənclərin dövlətin diqqət və qayğısından kənarda qalmadığını, onlar üçün hər cür şəraitin yaradıldığını qeyd etdi. Istedadlı qəsəbə sakininin əl işləri ilə tanışlıqdan sonra bələdiyyə sədri gənc rəssama uğurlar dilədi.
Görüşdən məmnunluğunu ifadə edən ailə başçısı gənclərə göstərilən diqqətə görə öz təşəkkürünü bildirdi.
Sonda gənc rəssam öz əl işlərindən birini M.Ə.Rəsulzadə bələdiyyəsinə hədiyyə etdi.
Həşimova Güllər Hidayət qızı 115 saylı orta məktəbdə təhsil alıb, hal-hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Müasir rəssamlıq” sahəsi üzrə təhsil alır. 2014-cu il 23 dekabr Heydər Əliyev Mərkəzində Lermontovun 200 illiyi ilə bağlı təşkil edilmiş sərgidə seçilən əsəri ilə iştirak edib və mükafatlandırılıb. Bununla yanaşı bir çox sərgilərdə  fəal iştirak edərək müxtəlif yerlərin sahibi olub. Almaniya Mədəniyyət Mərkəzində Almaniyanın Bakıdakı səfirliyinin, Azərbaycan Rəssamlıq Akademiyasının və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Baddi ayısı” müsabiqəsində ən gözəl ideya sahibi olaraq birinci yeri tutub.

Keçidlər