Binəqədi rayonunda 2016-cı ilin avqust ayı ərzində aparılan abadlıq-quruculuq işləri haqqında məlumat
Binəqədi rayonu ərazisində 2016-cı ilin avqust ayında 247 ünvanda su şəbəkəsində qəzaların qarşısı alınıb, 47 p/m su xətti dəyişdirilib, 392 ünvanda yağış suyu və kanalizasiya şəbəkəsində qəzaların qarşısı alınıb, 24 p/m kanalizasiya xətti dəyişdirilib, 3300 p/m kanalizasiya xətti təmizlənib.
Yaşayış evlərinin zirzəmilərində 215 p/m kanalizasiya xətti, 75 p/m su xətti dəyişdirilib.
Azadlıq prospektində PE315 mm-lik L-101 p/m uzunluqda qaz xətti çəkilib, C.Xəndan küçəsində 1 ədəd ŞQTM-300 və 1 ədəd d-200 mm-lik siyirtmə quraşdırılıb.
Bütün qazanxana və istilik məntəqələrində təmir, bərpa və abadlaşdırma işləri yekunlaşıb, 2 ədəd nasos cari təmir olunub, 70 ədəd müxtəlif diametrli siyirtmə, 20 ədəd ventil təmir olunub.
Yaşayış binalarının aşağı paylayıcı xətlərində PVC d-75 mm 6 ədəd ventil, d-63 mm 4 ədəd ventil, d-32 mm 10 ədəd ventil yenisi ilə əvəz olunub. PVC d-75 mm 6 metr boru, d-32 mm 15 metr boru dəyişdirilib.
Yəhya Hüseynov küçəsi 3-cü döngədə yerləşən 386 saylı qazanxanadan istiliklə təmin olunacaq məhəllə 5035 bina 2; məhəllə 50/35 bina 33; məhəllə 50/35 yataqxana saylı binalara d=159 mm-lik 130 p/m, d=133 mm-lik 45 p/m, d=89 mm-lik 40 p/m, d=76 mm-lik 30 p/m məhəllədaxili istilik xətləri çəkilib. Həmçinin həmin binaların aşağı paylama istilik sistemləri yenidən bərpa olunub, istilik kameraları tikilib, həmin kameralarda d=80 mm 2 ədəd, d=150 mm 2 ədəd siyirtmə quraşdırılıb.
3123, 546, 864, 3097, 525, 304, 591, 520, 642, 547, 737 saylı TM-də profilaktik işlər aparılıb; Dərnəgül yaşayış massivində Y/St-95÷ 442 №1, №2 6 kV-luq 10 ədəd dayaq arası hava xəttinin kabel xətti ilə əvəz olunub; 8-ci mikrorayonda 821 saylı TM-də 276 saylı məktəbin kabel xətti cari təmir olunub; 303 ÷ 304, 661 ÷ 828, 3190 ÷ 307 №1, №2 10 kV-luq kabel xətti cari təmir olunub.
Mikrorayon və qəsəbələrdə 64 ədəd yararsız lampa, 210 metr yanmış kabel dəyişdirilib.
Rayon ərazisində mövcud olan yaşıllıq sahələrinə və əkilən güllərə qulluq göstərilib. M.Ə.Rəsulzadə qəsəbəsində 15 ədəd Xan Çinarı, 20 ədəd Şam ağacı, 3000 ədəd gül, Azadlıq prospektində 5000 ədəd gül əkilib.
2016-cı ilin avqust ayında məhlələrin abadlaşdırılması, mənzillərin yumşaq dam örtüklərininin cari, yaşayış binalarının girişlərinin əsaslı, bəzi binaların isə fasad hissələrində cari təmir işləri, eyni zamanda Azadlıq prospektində 2-ci yolun yenidən qurulması işləri davam etdirilib.
Belə ki, Azadlıq prospekti 156, 158, 160 saylı 10 girişli binaların yumşaq dam örtüyünün təmirinə başlanılıb. Əsaslı təmir zamanı girişlərdə əlavə olaraq 25 yeni seyf dəmir qapı qoyulub, 142 ədəd yeni plastik pəncərə quraşdırılıb. Pilləkən meydançalarında metlax döşəmələr qoyulub və girişlər rənglənib.
Azadlıq prospekti 158 və 160 saylı binaların Azadlıq prospektinə çıxan hissələrində eyvanların əsaslı təmiri sona çatdırılıb.
Azadlıq prospekti 32 saylı binanın qarşısında mövcud yararsız hala düşmüş həyətin abadlaşdırılması və həyətində olan mərasim zalında rekanstruksiya işləri davam etdirilib. Azadlıq prospekti 185 saylı binanın prospektə baxan hissəsində yenidənqurma işləri zamanı 1 yeni günlük-söhbətgah, 1 ədəd sürüşkən kompleksi quraşdırılıb. Azadlıq prospekti 187 saylı binanın arxa hissəsində sakinlər üçün 3 ədəd ortopedik idman qurğusu quraşdırılıb. Abadlıq aparılan əraziyə tamet döşəmə və asfalt örtüyü vurulub.
Azadlıq prospekti boyunca 2-ci yolda səki zolağının asfaltlanması işlərinə başlanılıb. Avqust ayı ərzində 4200 kv metr asfalt örtüyü salınıb.
68 binanın zirzəmisində sanitar təmizlik və dizinfeksiya işləri aparılıb.
6, 7, 8, 9-cu mikrorayonlarda məhəllədaxili işıq xətləri və dirəklərində cari təmir işləri aparılıb. Bu məqsədlə ümumilikdə 92 ədəd lampa dəyişdirilib.
8-ci mikrorayon ərazisində Azadlıq prospekti boyunca 2-ci yolun yenidən qurulması zamanı 1000 p/m bardur yenisi ilə əvəz edilib, yolun köhnə asfalt örtüyü yenilənməsi üçün hazır vəziyyətə gətirilib. 2-ci yolun bir tərəfinə hündürlüyü 0,8 metr olmaqla 425 metr uzunluğunda istinad divarı hörülərək xüsusi daşlarla üzlənib. Əsas yolla 2-ci yol arasında yerləşən yaşıllıq zolağında bütün ağaclar budanıb, həmin əraziyə əlavə torpaq tökməklə 22000 kv metr qazon vurulub, ağacların dibində xüsusi işıq effekti verən lampalar quraşdırılıb, 15 ədəd işıq dirəyi quraşdırılıb, dirəklərə 120 dəst dibçəklərdə güllər asılıb.
2-ci dərəcəli yola 6750 kv metr asfalt örtüyü çəkilib.
Yaşayış evlərində 4145 kv metr yumşaq dam örtüyü cari təmir edilib.
Mənzillərdə baş verə biləcək yanğın, partlayış və boğulma hallarının qarşısını almaq məqsədi ilə qabaqlayıcı tədbir kimi ay ərzində 185 mənzildə tüstü və hava kanalları təmizlənib.