Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Bələdiyyə təşviqat qrupunun Biləcəri qəsəbəsində yaşayan seçicilərlə görüşü keçirildi

09 sentyabr 2016 | 11:00

9 sentyabr 2016-cı il tarixdə Bələdiyyə referendum üzrə təşviqat qrupunun Biləcəri qəsəbəsində yaşayan seçicilərlə görüşü keçirildi.
Görüşdə YAP Binəqədi rayon Təşkilatının sədri, “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun Binəqədi rayon şöbəsinin rəhbəri Ramiz Göyüşov, Respublika Ağsaqqallar  Şurasının İdarə Heyətinin üzvü, Binəqədi rayon Ağsaqqallar Şurasının sədr müavini Cahangir Qocayev, BDU-nun Beynəlxalq münasibətlər kafedrasının dosenti, Biləcəri Ağsaqqallar Şurasının sədri Yaqub Vəliyev, Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev, Xocasən Bələdiyyəsinin sədri Anar Abbasov, Binəqədi rayon bələdiyyələrinin üzvləri, Biləcəri qəsəbəsində yaşayan seçicilər iştirak  etdilər.
Görüşü giriş nitqi ilə Ramiz Göyüşov açaraq Azərbaycan Konstitusiyasının ilk dəfə 1995-ci ilin 12 noyabr tarixində dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə ümumxalq səsverməsinə çıxarılaraq qəbul edildiyini vurğuladı. O vaxtdan ötən müddət ərzində 2002-ci və 2009-cu illəri əhatə etməklə Konstitusiyaya 2 dəfə əlavə və dəyişikliklərin edildiyini bildirdi. Ölkəmizdə qüvvədə olan bütün qanunvericilik bazasının ali qanunlar toplusu olan ölkə Konstitusiyasına əsaslandığını, bu baxımdan Konstitusiyanın təkmilləşdirilməsinin vacibliyini qeyd etdi. Ramiz Göyüşov prezident cənab İlham Əliyevin təşəbbüsü ilə bu ilin 26 sentyabr tarixində ölkəmizdə növbəti referendumun keçiriləcəyini bildirərərək 29 maddəni əhatə edəcək əlavə və dəyişikliklərin zərurət olduğunu vurğuladı. Sədr ayrı-ayrı maddələr ətrafında fikirlərini bölüşərək, irəli sürülən təkliflərin dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi və vətənaşların hüquq və azadlıqlarının daha yüksək təminatına səbəb olacağını söylədi. Həmçinin son 13 il ərzində ölkəmizdə və Binəqədi rayonunda görülən işlər haqqında ətraflı danışdı.
Görüşdə çıxış edən Cahangir Qocayev son illər Biləcəri qəsəbəsinin simasında ölkəmizin bütün regionlarında həyata keçirilən uğurlu islahatlardan, görülən işlərdən bəhs etdi. Daha sonra Konstutusiyaya təklif edilən bir sıra maddələr haqqında geniş izahat verdi. O, vitse prezidentlik institunun yaradılmasının dünya təcrübəsində mövcud olduğunu, sərbəst toplaşmaq azadlığı haqqında maddədə əxlaq normalarının müəyyən edilməsini, millət vəkillərinin fəaliyyətinə nəzarəti nəzərdə tutan bir sıra maddələrin önəmini vurğuladı. Bütün bu əlavə və dəyişikliklərin dövlətin idarəçilik əsaslarının möhkəmlənməsinə xidmət edəcəyini bildirdi.
Yaqub Vəliyev isə çıxışında sahibkarlıq fəaliyətini, bələdiyyə və bələdiyyə qulluqçularının vəzifə məsuliyyətlərinin artırılmasını nəzərdə tutan maddələr haqqında ətraflı izahat verdi. O, dünya təcrübəsinə istinad edərək bir sıra ölkələrin konstitusiyalarına əlavə və dəyişikliklərin edildiyini, hətta ABŞ konstitusiyasına bu günədək 27 dəfə dəyişiklik ediliyini qeyd etdi. Bu baxımdan referendumun inkişafın və yeniləşmənin bir təzahürü olduğunu diqqətə çatdırdı. Referendumun mühüm əhəmiyyət daşıdığını vurğulayaraq bütün seçiciləri seçkidə fəal olmağa çağırdı.
Görüşün sonunda seçiciləri maraqlandıran suallar cavablandırıldı.

Keçidlər