Şriftin ölçüsü :

Saytın rəngi :

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının ifasında Xocalı faciəsinə həsr olunmuş “Soyqırımı tarixinin dastanı” tamaşası nümayiş olundu

26 fevral 2013 | 11:00

2013-cü il fevralın 25-də rayon ictimaiyyətinin iştirakı ilə 284 saylı tam orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyətinin və C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının birgə təşkilatçılığı ilə “Soyqırımı tarixinin dastanı” adlı tamaşa nümayişinə həsr olunmuş tədbir keçirildi.
İlk öncə rayon məktəbləri arasında “Müharibə uşaqların gözü ilə” adlı rəsm müsabiqəsinin qaliblərinin çəkdiyi rəsmlərin sərgisinə baxış keçirildi.
Daha sonra C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının ifasında Xocalı faciəsinə həsr olunmuş “Soyqırımı tarixinin dastanı” adlı tamaşanın nümayişi başladı. Tamaşa tarix boyu erməni terrorçularının azərbaycan və türk xalqlarına qarşı törətdikləri insanlığa xas olmayan soyqırımın tarixindən və 26 fevral 1992-ci ildə Xocalıda baş vermiş soyqırımından bəhs edirdi.

Keçidlər