Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda «Sülh aylığı” çərçivəsində 274 saylı körpələr-evi uşaq bağçasında “Sülh dünyanın səsidir” adlı tədbir keçirildi

09 sentyabr 2016 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş ölkəmizdə İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının 4.10-cu bəndində də “Əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin yolverilməzliyi, sülh və dözümlülük mədəniyyətinin, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi” təsbit olunmuşdur.
Bu məqsədlə, respublikamızda da hər il “Beynəlxalq Sülh Günü” ərəfəsində Ombudsman Aparatının təşəbbüsü ilə ənənəvi olaraq 21 avqust-21 sentyabr tarixlərində “Sülh aylığı” elan edilir və tədbirlər keçirilir.
9 sentyabr tarixində Binəqədi rayonunda həmin «Sülh aylığı” çərçivəsində 274 saylı körpələr-evi uşaq bağçasında “Sülh dünyanın səsidir” adlı tədbir keçirildi.
Keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, Binəqədi Rayon İcra Hakimiyyətində təcrübədə olan ASAN könüllüsü Aygün Əhmədova, 274 saylı körpələr-evi uşaq bağçasının müdiri Dünyaxanım Vəliyeva və bağçanın kollektivi iştirak etdilər.
Tədbiri açıq elan edən 274 saylı körpələr-evi uşaq bağçasının müdiri Dünyaxanım Vəliyeva qonaqları salamladı və tədbirin proqramı haqqında məlumat verdi.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova bildirdi ki, bəşəriyyət yaranandan  bəri  sülh  axtarışındadır. Əbədi  sülh ideyasının dünya qədər yaşı var. Bütün dövrlərin mütəfəkkirləri sülh idealını təqdir edib, ona yaxınlaşmağın yollarını arayıblar. Natiq çıxışda qeyd edib ki, 21 sentyabr bütün dünya ölkələrində “Sülh günü” kimi qeyd olunur. Ölkəmiz  bu gün sülh ölkəsi kimi bütün dünya ölkələrinə nümunədir. Siz balaca fidanlar daha yaxşı oxumalı və firavan ölkəmizi qorumaq uğrunda əlinizdən gələni əsirgəməməlisiniz.
Çıxışlardan sonra 274 saylı körpələr-evi uşaq bağçasının balaca fidanlarının iştirakı ilə “Sülh dünyanın səsidir” adlı bədii kompozisiya nümayiş edildi.

Keçidlər