Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi gəncləri Qurban bayramı münasibətilə şəhid ailələrinə baş çəkdi

11 sentyabr 2016 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə İcra Hakimiyyətinin əməkdaşları Elnur Məmmədov , Emil Lətifov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Binəqədi qəsəbə bələdiyyəsinin ictimai-humanitar sektorunun müdiri Mətanət Nəsibova, YAP Binəqədi Rayon Təşkilatının fəalları və ASAN könüllüləri Müqəddəs Qurban bayramı münasibətilə şəhid ailələrinin evində oldular.  
Aprel döyüşlərində qəhrəmancasına şəhid olan Fəxrəddin Qurbanlı və  Emin Bağırovun ailələrini ziyarət edənlər ölkəmizin  ərazi bütövlüyü uğrunda canından keçən igidlərlə fəxr edildiyini bildirərək onların adının hər zaman xatırlandığı və uca tutulduğunu vurğuladılar. Sonra islam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban  bayramı münasibətilə onları təbrik etdilər, onlara can sağlığı, firavan həyat, bol ruzi arzuladılar.

Keçidlər