Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun qadın fəalları ilə görüşü keçirildi

14 sentyabr 2016 | 11:00

14 sentyabr 2016-cı il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında referendumla əlaqədar rayonun qadın fəalları ilə görüş keçirildi.
Görüşdə Milli Məclisin Aqrar Məsələlər daimi Komissiyasının sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov, Binəqədi rayon təşkilatının sədri, “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun Binəqədi rayon şöbəsinin rəhbəri Ramiz Göyüşov, YAP Binəqədi rayon təşkilatı Qadınlar Şurasının sədri Aytac Əliyeva, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Nazənin Hüseynova, rayon təşkilatının Qadınlar Şurasının üzvləri, ərazi ilk partiya təşkilatlarının Qadınlar Şuralarının üzvləri iştirak etdilər.
Görüşü giriş nitqi ilə Ramiz Göyüşov açaraq bütün dünyada, xüsusilə İslam ölkələrində baş verən müharibələr, xaos, günahsız insanların qətlə yetirilməsi, dünya sivilizasiyalarının beşiyi sayılan İraq, Misir, Suriya və s. kimi ölkələrin demokratiya adı altında məhv edildiyini bildirdi. Bütün bu proseslərin fonunda ölkə başçısı cənab İlham Əliyevin düşünülmüş, müdrik və müstəqil siyasi strategiyası nəticəsində Azərbaycanın davamlı inkişafa nail olduğunu söylədi. Ramiz Göyüşov Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin sosial tələb olduğunu və mövcud uğurların bariz nəticəsi kimi qiymətləndirdi. Sədr həmçinin ölkəmizdə və Binəqədi rayonunda əldə edilən uğurlardan bəhs etdi. Konstitusiya islahatlarının milli maraqlara söykəndiyini və insanların gələcək rifahına hesablandığını bildirdi.
Görüşdə ətraflı nitq söyləyən Eldar İbrahimov ölkə Konstitusiyasının yaranma tarixindən, o vaxtdan ötən müddət ərzində aparılan Konstitusiya islahatlarından bəhs etdi. Ölkəmizin sürətlə inkişaf etdiyini və qanunvericilik bazasına əlavə və dəyişikliklərin də bu inkişafın tərkib hissəsi olduğunu qeyd etdi. Millət vəkili əlavə və dəyişikliklərin 15-nin, təqribən 60 faizinin insan hüquq və azadlıqlarının təminatına həsr edildiyini vurğulayaraq, bütün seçiciləri, fəal qadınları 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsində fəal olmağa və referendum aktı layihəsinə səs verməyə çağırdı.
Görüşdə çıxış edən Aytac Əliyeva və Nazənin Hüseynova bildirdilər ki, Konstitusiyaya əlavə və dəyişikliklər dövlət idarəçiliyinin daha da mökəmləndirilməsi, vətəndaşların layiqli həyat səviyyəsinin daha da yüksəldilməsinə, sosial məsuliyyətin artırılmasına, etnik, dini ayrıseçkiliyin bütün təzahülərinin aradan qaldırılmasına və s. hesablanıb.
Görüşün sonunda Konstitusiyaya təklif edilən əlavə və dəyişiklərlə bağlı geniş müzakirələr aparıldı. Rayon təşkilatının Qadınlar Şurasının üzvü Məleykə Allahverənova tədbir iştirakçıları adından çıxış edərək referendum aktı layihəsini və dövlət başçısı cənab İlham Əliyevin siyasətini dəstəklədiklərini vurğuladı.

Keçidlər