Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda yeni 2016-2017-ci tədris ilinin başlanması ilə əlaqədar məktəbli formaları paylanıldı

14 sentyabr 2016 | 11:00

14 sentyabr 2016-cı  il tarixində  Binəqədi rayon bələdiyyələri yeni tədris ilinin başlanılması ilə əlaqədar  rayonun aztəminatlı, qaçqın və şəhid ailələrdən olan məktəb yaşlı uşaqları üçün məktəbli formaları hədiyyə etdi.
Təşkil olunan aksiyada çıxış edən bələdiyyə sədrləri tədbir iştirakçılarını yeni dərs ilinin başlanması ilə bağlı öz təbriklərini çatdıraraq onlara yeni tədris ilində uğurlar arzuladılar. Tədbirin sonunda çıxış edən valideyinlər ölkəmizdə aztəminatlı, qaçqın şəhid ailələrinin hərtərəfli qayğı ilə əhatə olunduğunu bildirərək, göstərilən diqqətə görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər.
Ümumilikdə imtiyazlı ailələrdən olan məktəb yaşlı uşaqlar 30 məktəbli forması ilə təmin olundu.

Keçidlər