Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda «Sülh aylığı” çərçivəsində 158 saylı körpələr-evi uşaq bağçasında “Biz Sülh İstəyirik” adlı tədbir keçirildi

15 sentyabr 2016 | 11:00

15 sentyabr tarixində Binəqədi rayonunda «Sülh aylığı” çərçivəsində 158 saylı körpələr-evi uşaq bağçasında “Biz Sülh İstəyirik” adlı tədbir keçirildi.
Keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, 158 saylı körpələr-evi uşaq bağçasının müdiri Rəfiyyə Əsədova və bağçanın kollektivi iştirak etdilər.
Tədbiri açıq elan edən 158 saylı körpələr-evi uşaq bağçasının müdiri Rəfiyyə Əsədova qonaqları salamladı və tədbirin proqramı haqqında geniş məlumat verdi.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova bildirdi ki, bu gün ölkəmizdə milliyyətindən asılı olmadan bütün millətlər azad, firavan yaşayır və ölkəmizdə sülh, tolerantlıq nümunələri hər zaman yüksək səviyyədə təbliğ edilir. Natiq çıxışında bildirdi ki, ölkəmiz  bu gün sülh ölkəsi kimi bütün dünya ölkələrinə nümunədir.     Bizim əsas məqsədimiz isə kamil şəxsiyyət-insan-vətəndaş yetişdirməkdir. Bu işdə hər birimizin üzərinə böyük məsuliyyət düşür.
Çıxışlardan sonra 158 saylı körpələr-evi uşaq bağçasının balaca fidanlarının iştirakı ilə “Biz Sülh İstəyirik” adlı bədii kompozisiya nümayiş edildi.

 

Keçidlər