Şriftin ölçüsü :

Saytın rəngi :

“Bələdiyyə” referendum üzrə təşviqat qrupu Binəqədi seçiciləri ilə növbəti görüşünü keçirdi

16 sentyabr 2016 | 11:00

Görüşdə Milli Məclisin Aqrar Məsələlər daimi Komissiyasının sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov, Binəqədi rayon təşkilatının sədri, “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun Binəqədi rayon şöbəsinin rəhbəri Ramiz Göyüşov, “Bələdiyyə” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Qəsəbə bələdiyyələri Milli Assosasiyasının sədri, Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, Binəqədi rayon bələdiyyələrinin sədrləri, təşviqat qrupunun üzvləri və seçicilər iştirak etdilər.
Görüşdə giriş nitqi ilə çıxış edən Ramiz Göyüşov bu ilin 26 sentyabrında ölkə Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referendum haqqında geniş məlumat verdi. Konstitusiyanın hər bir vətəndaşın hüquqlarının təminatçısı olduğunu və orada hər hansı əlavə və dəyişikliyin seçicilərin iradəsi ilə baş verdiyini bildirdi. Ölkənin bütün qanunvericilik bazasının Konstitusiyaya əsaslandığını, Konstitusiyamıza əlavə və dəyişikliklər edilməsinin tarixi zərurətdən yarandığını və bu zərurətin xalqın istək və arzusu, sosial sifarişi olduğunu bildirdi. Ramiz Göyüşov çıxışının sonunda bütün seçiciləri referendumda aktiv iştirak etməyə, əlavə və dəyişikliklərə səs verməyə çağırdı.
Görüşdə çıxış edən Eldar İbrahimov Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin xalqımızın rifahı, mənafeyi, hüquq və azadlıqlarının daha da möhkəmləndirilməsinə xidmət etdiyini söylədi. Prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qaldırılması təklifinin vaxta və dövlət büdcəsinə qənaət edilməsinə, Prezidentin öz üsul idarəsinin daha da möhkəmləndirilməsinə, milli təhlükəsizliyimizin təminatına səbəb olacağını qeyd etdi. Millət vəkili vitse prezidentlik institunun yaradılması məsələsinə də toxunaraq, dünya təcrübəsində bunun mövcudluğundan danışdı. Dünyada demokratik ölkələrdən sayılan ABŞ-da vitse prezidentin olduğunu bildirdi. Həmçinin seçilmək üçün yaş məhdudiyyətinin aradan götürülməsi, xüsusi mülkiyyət və s. maddələr ətrafında fikirlərini bölüşdü. Çıxışının sonunda seçicilərin referenduma çıxarılan əlavə və dəyişikliklərə səs verəcəklərinə ümidvar olduğunu vurğuladı.
Görüşdə Hümbət Hüseynov çıxış edərək Konstitusiya islahatlarının cəmiyyətin istək və arzusundan irəli gələrək vətəndaşlarımızın suveren hüququ olduğunu bildirdi. Bələdiyyə qulluqçularının vəzifə məsuliyyətlərinin artırılması ilə bağlı təklif edilən əlavəni mühüm addım adlandıraraq bu islahatın vətəndaşlarımızın daim dövlətin qayğısı ilə əhatə olunmasının bariz nümunəsi olduğunu söylədi.

Keçidlər