Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı sakinləri ilə görüş keçirildi

26 fevral 2013 | 11:00

2013-cü il fevralın 25-də Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Goradil bağlar massivində yerləşən 2 saylı Evtikmə Kombinatının istirahət zonasında məskunlaşmış Xocalıdan olan sakinlərlə görüş keçirildi.
Görüş iştirakçıları çıxış edərək erməni vandallarının Xocalı sakinlərinə qarşı törətdikləri amansız vəhşilikdən, bunun nəticəsində 63 uşaq, 106 qadın, 70 qoca olmaqla 613 nəfər Xocalı sakininin qətlə yetirildiyini, 8 ailənin tamamilə məhv edildiyini, 1275 nəfərin əsir, 150 nəfərin isə itkin düşdüyünü, faciəyə yalnız Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra hüquqi və siyasi qiymət verildiyini bildirdilər. XX əsrin ən dəhşətli soyqırımlarından birinin dünya ictimaiyyətinə çatdırılması üçün bütün imkanlardan və vasitələrdən istifadə olunmasının vacibliyini nəzərə çatdırıldı.
Sonda Rayon İcra Hakimiyyəti tərəfindən Xocalıdan olan 45 şəhid və aztəminatlı ailələrə maddi  və  humanitar yardım göstərildi.

Keçidlər