Bir qrup Binəqədi gənci “Beynəlxalq Sahilyanı Təmizlik Günü” ilə əlaqədar növbəti təmizlik aksiyasında iştirak etdi
Sentyabrın 17-də “Beynəlxalq Sahilyanı Təmizlik Günü” ilə əlaqədar IDEA İctimai Birliyi və “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə Buzovna çimərliyi ərazisində növbəti təmizlik aksiyası təşkil edildi.
100-dən çox könüllünün iştirakı ilə keçirilən tədbirin əsas məqsədi sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq, o cümlədən dəniz sahillərində təmizliyə riayət olunması ilə bağlı ictimaiyyətin maarifləndirilməsi olub.
Təmizlik aksiyası zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları topladıqları tullantıları çeşidləyərək, xüsusi nəqliyyat vasitəsi ilə Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil verib.
Təmizlik həftəsi ilə əlaqədar keçirilən tədbir ictimaiyyətin geniş marağına səbəb olub və cəmiyyətin müxtəlif yaş qruplarını təmsil edən şəxslər IDEA-nın təşəbbüsünə qoşulublar. Tədbirdə, həmçinin diplomatik korpus nümayəndələri - ABŞ-ın ölkəmizdəki Səfiri cənab Robert Sekuta və Səfirliyin əməkdaşları iştirak edib.