Şriftin ölçüsü :

Saytın rəngi :

“Milli dəyərlərin qorunması” İctimai Birliyinin sədri, yazıçı Dilarə Ağa Musa Nağıyevanın 75 illik yubileyi qeyd olundu

29 sentyabr 2016 | 11:00

29 sentyabr 2016-cı il tarixində Azərbaycan Yazıçılar Birliyində milyonçu, neft maqnatı Ağa Musa Nağıyevin nəvəsi, “Milli dəyərlərin qorunması” İctimai Birliyinin sədri, yazıçı Dilarə Ağa Musa Nağıyevanın 75 illik yubileyi qeyd olundu.
Yubilyarı təbrik etmək üçün təşkil edilən tədbirdə Millət vəkili Qənirə Paşayeva, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi, Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Emil Lətifov, Birləşmiş Millətlər Təşkilatının Azərbaycan üzrə sülh səfiri Rəhim Hüseynov, Azərbaycan Yazıçılar birliyinin üzvləri və bir sıra ictimai təşkilatların rəhbərləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi gələn qonaqları salamlayaraq, yubilyara xoş sözlərini və Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin təbrikini çatdırdı. Daha sonra söz Dilarə Ağa Musa Nağıyevaya verildi. O da öz növbəsində dəvəti qəbul edib gəldikləri üçün hamıya öz təşəkkür və ehtiramını bildirdi. Dilarə xanım çıxışı zamanı, milyonçu və mesenat olan Ağa Musa Nağıyevin Azərbaycan xalqı önündəki xidmətlərindən danışdı.
Yubilyardan sonra söz alan Millət vəkili Qənirə Paşayeva da öz növbəsində Dilarə Ağa Musa Nağıyevanı təbrik etdi.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov yubilyarı rayon rəhbərliyi adından təbrik etdi. Natiq çıxışında Ağa Musa Nağıyevin xidmətlərindən söz açaraq qədirbilən Azərbaycan xalqının bu xidmətləri unutmadığını, Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Biləcəri qəsəbəsində xeyriyyəçinin qəbirüstü abidəsinin ucaldıldığını, xatirəsinə iftar süfrələrinin təşkil olunduğunu bildirdi.
Daha sonra digər çıxış edənlər də yubilyarı təbrik etdilər.
Tədbirin sonunda yubilyar xanıma hədiyyələr təqdim edildi və xatirə fotosu çəkdirildi.

Keçidlər