Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Prokurorluq işçilərinin peşə bayramı qeyd edildi

01 oktyabr 2016 | 11:00

Oktyabrın 1-də Prokurorluq işçilərinin peşə bayramı münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Aparatın Hüquq şöbəsinin müdiri Yunis Hüseynov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdiri və YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov Binəqədi Rayon Prokurorluğunda oldular və onları rayon rəhbərliyi adından təbrik etdilər.
Təbrik üçün Binəqədi rayon prokuroru Nazim İmanov göstərilən diqqətə görə ölkə başçısı cənab İlham Əliyevə və rayon rəhbərliyinə təşəkkür etdi. N.İmanov qeyd etdi ki, Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf konsepsiyasını uğurla reallaşdıran və keyfiyyətcə yeni müstəviyə qaldıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, insan hüquqlarının və azadlıqlarının qorunmasına, demokratik təsisatların yaradılmasına yönələn siyasəti artıq öz bəhrəsini verib. Azərbaycan Respublikası digər sahələrlə yanaşı, cinayətkarlığa, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində öz təcrübəsini bölüşən bir ölkəyə çevrilib.
Sonda Binəqədi Rayon Prokurorluğuna rayon rəhbərliyi adından hədiyyə təqdim edildi.

Keçidlər