Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 2016-cı ilin sentyabr ayı ərzində aparılan abadlıq-quruculuq işləri haqqında məlumat

04 oktyabr 2016 | 11:00

Binəqədi rayonu ərazisində 2016-cı ilin sentyabr ayında 353 müxtəlif ünvanda su xətlərində qəzaların qarşısı alınıb, 52 p/m su xətti dəyişdirilib, 2 müxtəlif ünvanda su anbarları yuyulub, 39 p/m kanalizasiya xətti dəyişdirilib, 575 ünvanda kanalizasiya xətlərində qəzaların qarşısı alınıb, 3600 p/m kanalizasiya xətti təmizlənib.
Binəqədi TXİ QTŞ-lərə 749 texniki baxış keçirilib və 402 dəfə ərazinin müxtəlif yerlərində tənzimləmə işləri aparılmışdır.
Azadlıq prospektində PE315 mm-lik L-101 p/m uzunluqda qaz xətti  çəkilib, C.Xəndan küçəsində 1 ədəd ŞQTM-300 və 1 ədəd d-200 mm-lik siyirtmə, 3 ədəd ŞQTM-500 quraşdırılıb.
Bütün qazanxana və istilik məntəqələrində təmir, bərpa və abadlaşdırma işləri yekunlaşdırılıb. 8-ci mikrorayonda d 114 mm, L=60 m istilik xətti dəyişdirilib.                                                                                 
Yəhya Hüseynov küçəsi 3-cü döngədə yerləşən 386 saylı qazanxanadan istiliklə təmin olunacaq  məhəllə 5035 bina 2; məhəllə 50/35 bina 33; məhəllə 50/35 yataqxana saylı binalara d=159 mm-lik 130 p/m, d=133 mm-lik 45 p/m, d=89 mm-lik 40 p/m, d=76 mm-lik 30 p/m,  məhəllədaxili istilik xətləri  çəkilib. Həmçinin həmin binaların aşağı paylama istilik sistemləri yenidən bərpa olunub.
7 mikrorayon 790 saylı TM-dən 16 saylı binanın yanındakı paylayıcı şitə kabel xətti çəkilib; Dərnəgüldə əhalinin elektrik təchizatını yaxşılaşdırmaq məqsədi ilə 6 kV-luq 513 saylı TM 10 kV–luq  sistemə keçirilib; C.Xəndan 16 saylı binaya  yeni 0,4 kV-luq kabel xətti çəkilib.
Mikrorayonlarda 61 ədəd yararsız lampa, 190 metr yanmış kabel dəyişdirilib.
Rayon ərazisində mövcud olan yaşıllıq sahələrində mövsümi budama işləri aparılıb, quru ağaclar təmizlənib, yeni əkilən və çoxillik güllərə qulluq göstərilib və hamısı vaxtaşırı suvarılıb.
2016-cı ilin sentyabr ayında məhlələrin abadlaşdırılması, mənzillərin yumşaq dam örtüklərinini cari, yaşayış binalarının girişlərinin əsaslı, bəzi binaların isə fasad hissələrində cari təmir işləri, eyni zamanda Azadlıq prospektində ikinci yolun yenidən qurulması işləri davam etdirilib.
Belə ki, Azadlıq prospekti 156, 158, 160, K.Rəhimov küçəsi 53, S.Məmmədov küçəsi 207, 209 saylı 30 girişli, binaların yumşaq dam örtüyünün təmiri işləri davam etdirilib. Əsaslı təmir zamanı girişlərdə əlavə olaraq 45 yeni seyf dəmir qapı qoyulub, 242 ədəd yeni plastik pəncərə quraşdırılıb. Pilləkən meydançalarında metlax döşəmələr qoyulub. Ərazidə tutumu 1000 litr olan 978 konteynerdən  təmirə ehtiyacı olan 205 ədədinin  təkəri yenisi ilə əvəz edilib.
Sentyabr ayı ərzində 5400 kv.metr asfalt örtüyü salınıb.  
Ay ərzində 8-ci mikrorayon ərazisində Azadlıq prospekti boyunca ikinci yolun yenidən qurulması zamanı 425 p/m bardur yenisi ilə əvəz edilib, yolun köhnə asfalt örtüyü yenilənib. İkinci yolun bir tərəfinə hündürlüyü 0,8 metr olmaqla 425 metr uzunluğunda  istinad divarları daşlarla üzlənilib. Bunlarla bərabər əsas yolla ikinci yolun arasında yerləşən yaşıllıq zolağında bütün ağaclar budanıb, həmin əraziyə əlavə torpaq tökməklə 9000 m2 qazon vurulub, ağacların dibində xüsusi işıq effekti verən lampalar, 45 ədəd işıq dirəyi quraşdırılıb.
Yaşayış evlərinin zirzəmilərində 198 p/m kanalizasiya xətti, 92 p/m su xətti dəyişdirilib.
Yaşayış evlərində 2117 kv. metr yumşaq dam örtüyü cari təmir edilib.
Mənzillərdə baş verə biləcək yanğın, partlayış və boğulma hallarının qarşısını almaq məqsədi ilə qabaqlayıcı tədbir kimi ay ərzində 200 mənzildə tüstü və hava kanalları təmizlənib.
Bundan əlavə olaraq, Binəqədi rayonu, Zərifə Əliyeva adına parkda abadlıq-quruculuq işləri aparılır. Belə ki, parkda yaradılmış “göz dekorasiyası”nın gülləri yenidən təzələnib, parkda yeni gül, yaşıl kollar əkilib. O cümlədən , parkın giriş hissəsində aqlay daşları yenisi ilə əvəzlənib. 

Keçidlər