Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təqaüddə olan müəllimlər təbrik edildi

05 oktyabr 2016 | 11:00

Binəqədi rayonunda 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və rayon bələdiyyələrinin təşkilatçılığı ilə təqaüd yaşında olan müəllimlər təbrik edildilər.
Təşkil edilən tədbirlərdə Binəqədi Rayon İcra Hakimiyyətinin, YAP Binəqədi rayon təşkilatının əməkdaşları, rayon bələdiyyə sədrləri və bələdiyyələrin “İctimai-humanitar” sektorunun rəhbərləri  iştirak etdilər.
Çıxış edən müəllimlər Azərbaycanda təhsil sahəsində çalışan insanlara dövlət qayğısının ildən-ilə artığını bildirərək göstərilən diqqətə görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını ifadə etdilər.
Hər bir görüşün sonunda xatirə fotosu çəkdirildi.

Keçidlər