Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin Müraciət Xidmətinə 2016-cı ilin sentyabr ayında daxil olan müraciətlər haqqında hesabat

06 oktyabr 2016 | 11:00

2016-cı ilin sentyabr ayı ərzində Binəqədi Rayon İcra Hakimiyyəti Sakinlərin Müraciət Xidmətində (1646) cavablandırılan zənglərin sayı 3039, birbaşa cavablandırılan zənglərin sayı 2164,  yaradılan əks əlaqələrin sayı 600, günlük orta zəng sayı 99, tərtib edilən şikayət vərəqələrinin sayı 565 olub.
Şikayət xarakterli müraciətlərin 565-nin  icrası təmin edilib, o cümlədən 412-si və ya 73,8 %-i tam həll olunub, 74-ü və ya 13,3 %-i qismən həll edilib,  72-si və ya 12,9 %-nə müvafiq izahat verilərək həll edilib.
Sentyabr ayı üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin  245-i və ya 43,4 %-i su-kanalizasiya, 177-si və ya  31,3 %-i qaz təchizatı,  69-u və ya 12,2 %-i lift problemləri,  36-sı və ya 6,4 %-i sakinləri narahat edən digər məsələlər, 13-ü və ya 2,3 %-i küçələrin işıqlandırılması idarəsi, 11-i və ya 1,9 %-i elektrik təchizatı ilə bağlı, 9-u və  ya 1,6 %-i yaşıllaşdırma idarəsi, 5-i və ya 0,9 %-i zibil və tullantılar ilə əlaqədar olub.
Xidmətə ay ərzində 24 təşəkkür müraciəti daxil olub. 

Keçidlər