Şriftin ölçüsü :

Saytın rəngi :

“Profayling - 60 saniyədə insan tanıma sənəti” kitabının növbəti təqdimatı barədə tədbir keçirildi

04 oktyabr 2016 | 11:00

4 oktyabr 2016-cı il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyi və CİBS (Caspian International Business Services) şirkətinin birgə təşkilatçılığı ilə “Profayling - 60 saniyədə insan tanıma sənəti” kitabının növbəti təqdimatı Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının inzibati binasında həyata keçirildi.
Görüşü giriş sözü  ilə açan Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə auditoriyaya təqdimat mərasimi və təşkil ediləcək seminar barəsində ətraflı məlumat verdi.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva bu kimi layihələrin Binəqədi rayonunda mütəmadi olaraq keçirildiyini və önəmini xüsusi vurğuladı.
Qadın İnkişaf Mərkəzinin rəhbəri, CIBS (Caspian International Business Services) təlim mərkəzinin direktoru Gülnarə Tağıyeva isə öz nitqində göstərilən dəstək və qonaqpərvərlik üçün öz minnətdarlığını ifadə etdi və qarşılıqlı əməkdaşlığa hər zaman hazır olduqlarını vurğuladı.
CIBS (Caspian International Business Services) təlim mərkəzinin psixoloqu, ailə-konsultantı Lalə Həmidli də göstərilən diqqət üçün rəhbərliyə öz təşəkkürünü bildirdi və cəmiyyətdə bu kimi layihələrə çox böyük tələbat olduğunu vurğuladı.
“Profaylinq-60 saniyədə insan tanıma sənəti” kitabının müəllifi, CIBS (Caspian International Business Services) təlim mərkəzinin təsisçisi,“Yalanın Beynəlxalq Araşdırılması Akademiyası”nın Mütəxəssis profayleri, Biznes təlimçi, Yalan üzrə ekspert, Azərbaycanda ilk dəfə olaraq Operativ Psixodiaqnostika və FACS (facial action coding system) üz əzələlərinin kodlaşdırılması sistemi layihələrinin rəhbəri Təbriz Hacıyev təşkilati dəstəyə görə öz minnətdarlığını bildirərək kitab haqqında geniş məlumat verdi, daha sonra müvafiq mövzuda seminarı auditoriyaya təqdim etdi.
Görüşün sonunda auditoriyanın sualları cavablandırıldı və xatirə şəkli çəkdirildi.

Keçidlər