Binəqədi rayonunda “Onlar ilə öyrənək və öyrədək” layihəsinin açılış mərasimi keçirildi
6 oktyabr tarixində 158 saylı körpələr-evi uşaq bağçasında Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və “Humel” Psixologiya Mərkəzinin təşkilatçılığı ilə “Onlar ilə öyrənək və öyrədək” layihəsinin açılış mərasimi keçirildi.
Keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, 158 saylı körpələr–evi uşaq bağçasının müdiri Rəfiyyə Əsədova, “Humel” Psixologiya Mərkəzinin baş psixoloqu Ülviyyə Hümmətova, uşaq psixoloqu Ülkər Sadıqova iştirak etdilər.
İlk öncə çıxış edən 158 saylı körpələr–evi uşaq bağçasının müdiri Rəfiyyə Əsədova qonaqları salamladı və layihənin keçirilməsinin əhəmiyyətli olduğunu diqqətə çatdırdı.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova layihə haqqında geniş məlumat verdi və məktəbəqədər təhsil sahəsində maraqlı layihələrin keçirildiyini vurğuladı.
Çıxışlardan sonra “Humel” Psixologiya Mərkəzinin baş psixoloqu Ülviyyə Hümmətova və uşaq psixoloqu Ülkər Sadıqova məktəbəqədər təhsil müəssisələrində psixoloji diaqnostika və maarifləndirmə işləri ilə bağlı “Onlar ilə öyrənək və öyrədək” adlı məşğələ-təlim keçirdilər.
Məşğələ-təlim zamanı uşaqlar üçün "Mənim ailəm", "Ev, ağac, adam", "İnsan rəsmi" maraqlı praktik oyunlar təşkil edildi.
Layihə çərçivəsində məşğələ-təlimlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulub.