Şriftin ölçüsü :

Saytın rəngi :

“Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin Binəqədi rayon şöbəsinin sədri Məmmədova Mina 70 illik yubileyi münasibətilə təbrik edildi

10 oktyabr 2016 | 11:00

Oktyabrın 10-da Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai- siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin Binəqədi rayon şöbəsinin sədri Məmmədova Mina Məmməd qızını 70 illik yubileyi münasibətilə evində ziyarət etdi.
Torpaqlarımızın azadlığı uğrunda gedən Qarabağ döyüşlərində böyük şücayət göstərən 2 qrup əlil, keçmiş hərbiçi xanıma Binəqədi Rayon İcra Hakimiyyətinin rəhbərliyinin təbrikləri çatdırıldı, ona işlərində uğurlar arzulandı.

Keçidlər