Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu ərazisində Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyinə baxış keçirildi

11 oktyabr 2016 | 11:00

Oktyabrın 11-də Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Aygün Əliyeva, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov rayon ərazisində yerləşən Azərbaycan  Dövlət  Kənd  Təsərrüfatı Muzeyində oldular.
Muzeyin direktoru Natiq Qurbanov muzeyin tarixi barədə danışdı, burada qurulmuş guşələr, eksponatlar haqqında ətraflı məlumat verdi. Vurğulandı ki, muzey Azərbaycan Respublikasının kənd təsərrüfatının inkişafı tarixinə və onun gerçək vəziyyətinin işıqlandırılmasına həsr olunub. Muzeyin ekspozisiyasında Azərbaycanın kənd təsərrüfatının müxtəlif sahələri: əkinçilik, heyvandarlıq, bağçılıq və s. müxtəlif çeşidli materiallar (sənədlər, fotoşəkillər) vasitəsi ilə öz əksini tapıb. Stasionar ekspozisiyanın tamaşaçılara nümayiş etdirilməsilə yanaşı muzey eyni zamanda geniş həcmli mühazirələr, sənədli filmlərin nümayişi, səyyar sərgilər və s. təşkil edir.

 

Keçidlər