Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda son günlər Bakı şəhərində iqlim normasından artıq intensiv yağan güclü leysan yağışlarının fəsadları aradan qaldırılır

21 oktyabr 2016 | 11:00

Son günlər Bakı şəhərində iqlim normasından artıq intensiv yağan güclü leysan yağışları nəticəsində rayonumuzun bir sıra yaşayış məntəqələrində subasma halları baş vermiş, sakinlərin normal həyat şəraiti pozulmuşdur.
Güclü yağış sularının törətdiyi fəsadların aradan qaldırılması məqsədilə Rayon Fövqəladə Hallar Komissiyasının sədri - Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanovun rəhbərliyi ilə rayonun aidiyəti qurumları – Rayon Sukanal İdarəsi, Rayon Polis İdarəsi, Rayon Fövqəladə Hallar və Mülki Müdafiə Şöbəsi, Yanğınsöndürmə İdarəsi, Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi, Rayon İcra Hakimiyyəti başçısının inzibati və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, bələdiyyələr və digər qurumlar tərəfindən xüsusi texnikalar əraziyə cəlb edilərək dərhal təcili təxirəsalınmaz tədbirlər görülüb.
Sakinlərin 1646 SMX-nə müraciətinə daha çevik reaksiya verilməsi məqsədilə rayonun hər bir qəsəbəsi üzrə Fövqəladə Hallar Komissiyasının Alt Qərargahları yaradılıb.
Məlumat üçün bildiririk ki, hazırda yağış suları ilə dolmuş ərazilərdə, xüsusilə də Xocasən, Biləcəri, Rəsulzadə və Binəqədi qəsəbələrində bu istiqamətdə işlər davam etdirilir.

Keçidlər