Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Al-Əlvan Qarabağ” şüşə üzərində rəsm sərgisi layihəsi çərçivəsində sərgi təşkil olundu

14 oktyabr 2016 | 11:00

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “Virtual Qarabağ” İKT Mərkəzi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi, “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi, “Sağlam Düşüncə” Gənclər Təşkilatı, IB Club Gənclərin İnkişaf Mərkəzi və “Park Bulvar” AVM-in təşkilatçılığı ilə Qarabağ xalçaçılıq məktəbinin ənənələrini yaşatmaq və gənc nəslə aşılamaq məqsədilə həyata keçirilən “Al-Əlvan Qarabağ” şüşə üzərində rəsm sərgisi layihəsi çərçivəsində 14 oktyabr 2016-cı il tarixdə Binəqədi rayonu Gənclər evinin Sərgi qalereyasında növbəti sərgi təşkil olundu.
Tədbirdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Gənclər və İdman Nazirliyinin yanında Gənclərlə iş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev, layihə rəhbəri - “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin baş direktoru Güllü Atakişiyeva, gənc rəssamlar iştirak etdilər.
Tədbirin rəsmi hissəsində çıxış edən natiqlər bildirdilər ki, Azərbaycan xalçaçılıq sənətində özünəməxsus yer tutan Qarabağ xalçalarının qorunması, dünyada tanıdılması çox vacibdir. Həmçinin Azərbaycanın qədim və zəngin ənənələrə malik xalçaçılıq sənətinin öyrənilməsində və gənclər arasında təbliğ edilməsində belə layihələrin, tədbirlərin və sərgilərin əhəmiyyəti vurğulandı.
Çıxışlardan sonra şüşə üzərində Qarabağ xalçaları təsvir olunmuş rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirildi. Ümumilikdə sərgidə 25 əsər nümayiş olundu. Sərginin sonunda daha çox bəyənilmiş ilk üç əsərin müəllifləri Fəxri Fərmanla, digər müəlliflər isə sertifikatlarla təltif olundular.
Layihə çərçivəsində ilk sərgi 28 sentyabr 2016-cı il tarixdə Şəmkir şəhərində fəaliyyət göstərən “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin Müasir İncəsənət Qalereyasında, sonuncu sərgi isə 15 oktyabr 2016-cı il tarixdə Park Bulvar alış-veriş mərkəzində baş tutdu.

Keçidlər