13 fevral 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Binəqədi qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi
13 fevral 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Binəqədi qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
Görüşdə YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Binəqədi qəsəbəsi, I mədən korpus 42 ünvanında küçə işıqlarının çəkilməsi, I mədən korpus 41 ünvanına küçə işıqlarının, kanalizasiya xəttinin və asfalt örtüyünün çəkilməsi, İsfahani küçəsinə çəkilmiş su xətti ilə əlaqədar aparılan qazıntı işlərindən sonra asfalt örtüyünün bərpası, Ələsgər Cavadov küçəsinə küçə işıqlarında lampaların olmaması, Ələsgər Cavadov küçəsində zədələnmiş kanalizasiya borusunun təmiri və kanalizasiya xəttinin yuyulması, Qafanlı küçəsinə asfalt örtüyünün çəkilməsi, küçə adını bildirən lövhənin vurulması və əlavə işıq transformatorunun qoyulması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.