Şriftin ölçüsü :

Saytın rəngi :

13 fevral 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 7-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi

14 fevral 2025 | 14:50

13 fevral 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 7-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Azadlıq prospekti 188 ünvanında olan qurumuş ağacların kəsilməsi, 7-ci mikrorayon İ.Dadaşov küçəsi 91 saylı binanın həyətində şlaqbaumun quraşdırılması, Cəfər Xəndan küçəsində ("West Town Residence" yaşayış kompleksinə gedən yol) olan texnikaların yığışdırılması, F.Məlikov küçəsində sahibsiz heyvanların toplanması, S.S.Axundov küçəsi 2q saylı binanın 2-ci girişində liftin təmiri, S.S.Axundov küçəsi 13/37 ünvanında qurumuş ağacın kəsilməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər