Şriftin ölçüsü :

Saytın rəngi :

13 iyul 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi

13 iyul 2023 | 16:12

13 iyul 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi.  Qəsəbə  sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin M. Cəlal küçəsi 105 saylı ünvan ərazisində sahibsiz küçə heyvanlarının yığışdırılması, M. Cəlal küçəsi 31 saylı ünvan ərazisində işıq dirəklərində lampaların dəyişdirilməsi, M. Cəlal küçəsi 41 saylı ünvanda binanın girişlərinin dezinfeksiya olunması, H.Babaşov ünvanında sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulan “ABAD” həyətdə işlərin başa çatdırılmaması, H.Babaşov 16 saylı binada liftlərin yenisi ilə əvəz olunması,  Adil Məmmədov 119 saylı ünvanda yerləşən (85 saylı avtobusun son dayanacağı) dayanacaqda (Bakı Kart) kartların yüklənməsi üçün aparatların qoyulması, 144 saylı məktəbin stadionun təmir-bərpa olunması, M. Cəlal küçəsi 63 saylı ünvanın yaxınlığında uşaq meydançasının salınması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər