13 iyun 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Binəqədi qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi
13 iyun 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Binəqədi qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
Görüşdə YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, bələdiyyənin əməkdaşları, nümayəndəlik, nümayəndəliyin əməkdaşları, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Binəqədi qəsəbəsi Qayalı küçəsinə kanalizasiya xəttinin çəkilməsi, Ələkbər Cavadov küçəsində kanalizasiya xəttinin yuyulması, Binəqədi şosesi ilə Mehdiabad yolunun kəsişməsinə Kapital bankın bankomatın qoyulması, Fəxrəddin Qurbanlı küçəsində sahibsiz heyvanların yığışdırılması, Binəqədi-Mehdiabad yolunun giriş hissəsinə, Binəqədi şosesinə (İşıq muzeyinin yaxınlığı) və Ələsgər Cavadov küçəsinə piyada zolağının çəkilməsi, Mətbuat küçəsində mövcud piyada keçidinin yenilənməsi və küçə işıqlarının çəkilməsi, eyni zamanda Qapanlı küçəsinə asfalt örtüyünün çəkilməsi, Gülüstan küçəsi döngə 13-14 ünvanına asfalt örtüyünün və küçə işıqlarının çəkilməsi, Fəxrəddin Qurbanlı küçəsində yeni çəkilmiş su xəttinə qoşulma və həmin küçədə su xəttinin bərpa edilməsindən sonra sıradan çıxmış asfalt örtüyünün bərpa edilməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.