Şriftin ölçüsü :

Saytın rəngi :

13 iyun 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Binəqədi qəsəbəsinin sakinləri ilə səyyar qəbulu keçirildi

13 iyun 2025 | 15:22

13 iyun 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Binəqədi qəsəbəsinin sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Ələsgər Cavadov küçəsinin işıqlandırılması, Fəxrəddin Qurbanlı küçəsində (I mədən, korpus 38) içməli su xəttinin çəkilişi bitdikdən sonra “Azərsu” ASC tərəfindən dağılmış asfalt örtüyünün bərpası, I mədən, korpus 20 ünvanında küçə işıqlarının çəkilməsi, Gülüstan küçəsi 12 və 13 döngələrdə sahibsiz heyvanların yığışdırılması və mövcud işıq dirəklərində nasazlığın aradan qaldırılması, Zeynalov küçəsində sahibsiz heyvanların yığışdırılması, III mədən, korpus 125 ünvanında asfalt örtüyünün və kanalizasiya xəttinin  çəkilməsinə köməkliyin göstərilməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər