Şriftin ölçüsü :

Saytın rəngi :

13 mart 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 28 May qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi

14 mart 2025 | 16:36

13 mart 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 28 May qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Şollar küçəsi ilə R.Budaqov küçəsinin kəşişməsində istirahət parkının yaradılması, Dostluq küçəsi ilə Qarabağ küçəsinin bir hissəsində asfalt örtüyünün bərpası, vətəndaşa maddi yardımın verilməsi və işə düzəldilməsinə köməklik göstərilməsi, Ümüd küçəsində yaşadığı evin qarşısında gölməçələr yaranması ilə bağlı asfalt örtüyünün bərpası, Sahil küçəsində dayanacaq quraşdırılması ilə bağlı müraciətin ünvanlanması ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər