Şriftin ölçüsü :

Saytın rəngi :

13 oktyabr 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 8-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.

13 oktyabr 2022 | 17:04

Görüşdə Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Görüşdə iştirak edən mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin mikrorayon ərazisində yaşayış binasının  həyətində qurumuş ağacların budanması və bina girişinin təmir edilməsi, vətəndaşa sosial müavinətin verilməsi, ərazidən sahibsiz itlərin toplanması, Azadlıq prospektində binanın 1-ci girişinin  qarşısında yaranmış su axıntısının aradan qaldırılması və aparılan təmir-bərpa işlərindən sonra qazıntı nəticəsində yararsız vəziyyətə düşmüş yola asfalt örtüyünün çəkilməsi, vətəndaşın işlə təmin olunması, bina girişinin dezinfeksiya olunması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər