Şriftin ölçüsü :

Saytın rəngi :

13 oktyabr 2022-ci il tarixində Vətən müharibəsi şəhidi Rövşən Məmmədağa oğlu İsmayılovun şəhadətinin ikinci ildönümü münasibətilə anım mərasimi qeyd edildi.

13 oktyabr 2022 | 19:02

Vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Şəhidlik zirvəsi isə hünər və qeyrət simvoludur. Bu ucalığa yüksələnlərin ömür yolu qısa olsa da, şərəfli və örnək sayılır. Belə şərəfli ömür sahiblərindən biri də şəhid Rövşən Məmmədağa oğlu İsmayılovdur. Onun şəhadətindən iki il ötür.

13 oktyabr 2022-ci il tarixində Biləcəri qəsəbəsində yerləşən Şəhidlər Xiyabanı Kompleksində Vətən müharibəsi şəhidi Rövşən Məmmədağa oğlu İsmayılovun şəhadətinin ikinci ildönümü münasibətilə anım mərasimi qeyd edildi.

Anım mərasimində şəhidlərimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, xüsusi xidmət orqanlarının rəhbərləri, şəhid Rövşən İsmayılovun təhsil aldığı H. Hüseynov adına 83 nömrəli məktəb-liseyin pedoqoji kollektivi və rayon ictimaiyyəti iştirak edirdilər.

Mərasimdə şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.

Mərasimdə şəhidlərimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və  yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev 44 günlük Vətən müharibəsində təcavüzkar Ermənistan üzərində qazandığımız qələbənin xalqımızın birliyinin, həmrəyliyinin, dövlətimizin iqtisadi gücünün, əsgər və zabitlərimizin misilsiz qəhrəmanlıqlarının, respublikamızda yaşayan bütün xalqların Vətənin dar günündə bir nəfər olmasının və dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətinin nəticəsi olduğunu  vurğuladı.

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxışında vətən yolunda şəhid olmuş hər bir insanın xatirəsinin daima əziz tutulmasının önəmindən danışdı. Bildidi ki, şəhidlər hər bir zaman bizim fəxr yerimiz, qürür mənbəyimiz olmuş və belə də olacaqdır. bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı diləyərək qəhrəman əsgər və zabitlərimizlə bütün xalqımızın qürur duyduğunu qeyd etdi.

Daha sonra çıxış edən H. Hüseynov adına 83 nömrəli məktəb-liseyin direktoru Almaz Bayramova şəhid Rövşən İsmayılovla bağlı xatirələrini bölüşərək kədərli olduqları qədər, qürur duyduğunu bildirdi və onun Vətən Müharibəsində iştirakından, göstərdiyi şücaətdən söz açdı. Sonda şəhidin ailəsinə başsağlığı verərək, torpaqlarımızın azadlığı uğrunda canından keçən igidlərimizin xatirəsinin gələcək nəsillərə nümunə olduğunu bildirdi.

Şəhidimiz ilə bağlı xatirələrini bölüşən  valideynləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını  bildirdilər.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!

Keçidlər