Rayon ərazisində son həftə ərzində aparılan abadlıq-quruculuq işləri haqqında
Həftə ərzində (25 fevral – 01 mart) rayon ərazisində ümumilikdə 75 ünvanda su axıntıları olan boruların və 2 nasosxananın təmiri aparılıb, müxtəlif diametirli 620 p/m su xətti dəyişdirilib. Eyni zamanda 107 yerdə kanalizasiya şəbəkəsində axıntıların qarşısı alınıb, 200 p/m müxtəlif diametirli kanalizasiya xətti dəyişdirilib.
TM-480-də 4x35mm2 230 p/m kabel, 1 ədəd 400A-lik giriş paylayıcı lövhə dəyişdirilib. 7-ci mikrorayon İ.Hacıyev küçəsi 1430 saylı TM-dən 0,4 kv.luq SİP xətti istismara verilib, 4x70mm 300 p/m, 4x50mm 180 p/m kabel dəyişdirilib. Biləcəri qəsəbəsində 100 p/m yanmış kabel, 9-cu mikrorayon 127-də 70 p/m yanmış kabel, 8-ci mikrorayonda 75 p/m yanmış kabel dəyişdirilib.
Ümumilikdə, Binəqədi QİS ərazisində 5525 p/m qaz xətti çəkilib, 1700 ədəd smartkart tipli sayğac quraşdırılıb.
7-ci mikrorayon 1q, 26, 5/13 saylı binaların istilik xəttində d-57mm 17 p/m boru dəyişdirilib. 7-ci mikrorayon 1q, 1, 28 saylı binaların istilik xəttində d-25mm 26 p/m boru dik dayaqlarda bərpa edilib. 8-ci mikrorayon 1,1 1a, 23, 28, 177, 193 və Naxçıvani küçəsi 5 saylı binaların istilik xəttində dik dayaqlarda d-25 mm 24,5 p/m boru bərpa edilib. Naxçıvani küçəsi 5 saylı binanın istilik xəttində d-50 mm 2 p/m boru dəyişdirilib.
9-cu mikrorayon 41, 63 və H.Babaşov 9,13 saylı binaların aşağı paylama istilik xəttində d-32 mm 2 p/m, d-40 mm 3 p/m, d-57 mm 6,8 p/m, d-159 mm 7,8 p/m, 6-cı mikrorayon 14/10 keçid 4 saylı binanın aşağı paylama xəttində d-76mm 4 p/m, Biləcəri qəsəbəsi məhəllə 5057/68, 8 saylı binaların istilik xəttində d-32mm 3 p/m boru bərpa edilib.
7-ci mikrorayon ərazisində 72 p/m kanalizasiya xətti dəyişdirilib.
A.Kunanbayev küçəsi 9/25 saylı binada 300 p/m nov və novalçalar dəyişdirilib.
7-ci mikrorayon ərazisində F.Məlikov kuçəsi 31 və 1 saylı binaların qarşısına 2420 m2 asfalt örtüyü çəkilib.
7-ci mikrorayon F.Məlikov küçəsi 3a , 3b, 3v saylı binaların həyətindəki xeyir-şər evi bütün lazımi avadanlıqla təmin edilib.