Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 283 saylı məktəbdə “Azərbaycan yazıçılarının əsərlərində milli vətənpərvərliyin və qəhrəmanlığın təbliği” adlı tədbir keçirildi

20 oktyabr 2016 | 11:00

20 oktyabr tarixində Binəqədi rayonu 283 saylı məktəbdə “Azərbaycan yazıçılarının əsərlərində milli vətənpərvərliyin və qəhrəmanlığın təbliği” adlı tədbir keçirildi.
Keçirilən tədbirdə millət vəkili Aqil Abbas, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, tarixçi, publisist Yunus Oğuz, nasir, yazıçı-dramaturq, publisist Elçin Hüseynbəyli, şair, publisist Əbülfət Mədət oğlu, 283 saylı məktəbin direktoru Tünzalə Zeynalova, Qarabağ qazisi Nahid Canbaxışlı  və məktəbin şagird, müəllim heyəti iştirak etdilər.
İlk öncə tədbiri 283 saylı məktəbin direktoru Tünzalə Zeynalova açaraq qonaqları salamladı və məktəbdə mütəmadi olaraq vətənpərvərlik mövzularında şagirdlərlə belə görüşlərin keçirildiyini diqqətə çatdırdı.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova rayon rəhbərliyi adından tədbir iştirakçılarını salamladı və mövzunun əhəmiyyəti barədə çıxış etdi. Natiq çıxışında qeyd etdi ki, Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, xalqa elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və ona həyati əhəmiyyətli məsələ kimi baxıb.  Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlık hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Natiq bildirib ki, vətənpərvərlik təkcə Vətəni sevmək deyil. Vətənpərvərlik həm də Vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Bu hiss insanda anadangəlmə olsa da, bütün digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir və inkişaf edir. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, təhsil müəssisələrinin ən vacib vəzifələrindən olubdur.
Natiq çıxışının yekununda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən rayonun ictimai-siyasi həyatındakı fəallığına görə 283 saylı orta məktəbə ünvanlanmış təşəkkür məktubunu oxudu və məktəbin direktoruna  təqdim etdi.
Daha sonra çıxış edənlər  - millət vəkili Aqil Abbas, tarixçi, publisist Yunus Oğuz, nasir, yazıçı-dramaturq, publisist Elçin Hüseynbəyli, şair, publisist Əbülfət Mədət oğlu, Qarabağ qazisi Nahid Canbaxışlı şagirdlərimizə vətənpərvərlik hisslərinin aşılanması istiqamətində bu cür tədbirlərin keçirilməsini yüksək qiymətləndirərək, bildirdilər ki, öz doğma Vətəninə hədsiz məhəbbət göstərməsində, onun müvəffəqiyyətlərini gördükdə ürəkdən sevinməsində, düşmənlərinə dərin nifrət bəsləməsində, hər qarış torpağın göz bəbəyi kimi qorunmasında, döyüş bacarığına və vərdişlərinə yiyələnməsində ifadə olunur. Hərbi-vətənpərvərlik hissi doğma yerlərə və adamlara bağlılığından, onları xarici və daxili düşmənlərdən qorumaqdan başlayaraq, bütün qüvvə və qabiliyyətini vətənin, xalqın mənafeyi uğrunda mübarizəyə həsr etməyə qədər inkişaf edib yüksəlir.
Çıxışlardan sonra şagirdlərin sualları dinlənilərək cavablandırıldı.
Tədbirin sonunda şairlər tərəfindən şagirdlərə kitablar imzalanaraq hədiyyə edildi.

Keçidlər