Şriftin ölçüsü :

Saytın rəngi :

ASAN könüllüləri”nin növbəti 5-ci qrupu Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başladılar

25 oktyabr 2016 | 11:00

25 oktyabr tarixində Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayan “ASAN Könüllüləri Gənclər Təşkilatı”nın Master-2 layihəsi çərçivəsində 5-ci qrupunun üzvləri ilə görüş keçirildi.
Görüşdən öncə könüllü gənclər YAP Binəqədi rayon təşkilatının inzibati binası, Heydər Əliyev adına istirahət parkı, Binəqədi RİH başçısı Aparatının inzibati binası ilə tanış oldular və onlara ətraflı məlumat verildi.
Tanışlıqdan sonra ASAN könüllüləri ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva ilə görüşü keçirildi.
RİH başçısının müavini Prezident İlham Əliyevin tapşırığı ilə yaradılmış ASAN xidmətin ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində əhəmiyyətindən və bütövlükdə məmur-vətəndaş münasibətlərində şəffaflığın təmin olunmasındakı rolundan danışdı, gənclərin bu işə könüllü qoşulmasını yüksək qiymətləndirdi. Natiq vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə yaradılmış “ASAN xidmət” mərkəzinin təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda, beynəlxalq miqyasda örnək kimi qəbul olunduğunu vurğuladı.
Natiq çıxışında ölkəmizdə gəncliyin inkişafı, gənclərin dünya birliyinə inteqrasiyası və bu istiqamətdə əhəmiyyətli tədbirlərin keçirilməsinin dövlət siyasətinin prioritetlərindən olduğunu qeyd etdi, ASAN könüllülərinin Binəqədi Rayon İcra Hakimiyyətində əldə edəcəyi təcrübənin onlara gələcək işlərində müsbət töhfə verəcəyini bildirdi.
Görüşdə çıxış edən “ASAN xidmət” mərkəzinin İnsan resursları və təlim şöbəsinin əməkdaşı Əsli İbrahimli “ASAN Könüllüləri”nin Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında keçəcəyi iş təcrübəsinin yerli icra hakimiyyətləri ilə ilk əməkdaşlıq olduğunu bildirdi.
Görüşdən sonra ASAN könüllüləri ilə çay süfrəsi ətrafında səmimi söhbət davam etdirildi.
Oktyabr ayının 26-dan etibarən 10 nəfər gəncdən ibarət “ASAN könüllüləri” Binəqədi RİH başçısı Aparatında iki aylıq iş təcrübəsinə başladılar, onlar peşə istiqamətlərinə uyğun olaraq öz istəklərinə əsasən müvafiq şöbələr üzrə bölüşdürüldülər.

 

Keçidlər