Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Müstəqil dövlətimizin qorunması mühüm şərtdir” mövzusunda tədbir keçirildi

25 oktyabr 2016 | 11:00

Binəqədi rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Müstəqil dövlətimizin qorunması mühüm şərtdir” mövzusunda tədbir keçirildi.
83 saylı məktəb-liseydə təşkil olunan tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai- siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, həmin məktəb-liseyin direktoru Nəbi Mahmudov, “Müharibədən zərərçəkən nəqliyyat işçiləri” ictimai birliyinin sədri Xədicə Babayeva, layihənin eksperti Tahir Abbaslı çıxış edərək mövzunun mahiyyəti barədə şagirdləri məlumatlandırdılar.
Tədbirdə məktəblilərin diqqətinə çatdırıldı ki, gənclik vətənin müdafiəsi, ölkənin inkişafı deməkdir. Bu baxımdan intellektual potensiala malik gənclərin yetişməsi böyük önəm daşıyır. Gənclərin fiziki baxımdan sağlam, mənəviyyatca təmiz, milli vətənpərvərlik ruhunda tərbiyəsi, onların dövlətçilik və Azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməsi olduqca vacibdir.

Keçidlər