Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Məşğulluq Mərkəzi tərəfindən özünəməşğulluq proqramı icra olunur

27 oktyabr 2016 | 11:00

2016-ci ildə qeyri neft sektorunun və sahibkarlıq fəaliyyətinin inkişafı nəticəsində yeni iş yerlərinin yaradılması, o cümlədən “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 aprel tarixli 1941 nömrəli Sərəncamının icrası ilə bağlı  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiya iclasında təsdiq edilmiş “İşaxtaran vətəndaşların özünüməşğulluq fəaliyyətinin təşkili Tələbləri” əsasında məqsədyönlü işlər aparılır.
Özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edən vətəndaşlar şəxsi biznesin qurulması və inkişaf etdirilməsi üzrə bilik və bacarıqlara yiyələnmələri üçün təlimlərə cəlb edilirlər. Özünəməşğulluq fəaliyyətinin həyata keçirilməsi üçün Binəqədi rayonu üzrə təlimçilər seçilmiş, müvafiq təlim kurslarını başa vurduqdan sonra sertifikatla təmin olunmuş və fəaliyyətə başlamışlar.
Təlimçilərin özünəməşğulluq proqramına cəlb olunan vətəndaşları seçməsi və təlimlərin aparılması məqsədilə Binəqədi Gənclər evində tam şərait yaradılıb, iş otaqları ayrılıb və lazımi ləvazimatlarla təchiz olunub. Binəqədi Rayon Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyatdan keçən və özünəməşğulluq proqramında iştirak etmək istəyən vətəndaşlar təlimçilər tərəfindən qəbul olunur və seçim aparılır. Seçim aparıldıqdan sonra vətəndaşları özünəməşğulluq fəaliyyətinə başlamaları üçün təlimlər təşkil olunacaqdır. Təlimləri müvəffəqiyyətlə başa vuran vətəndaşlar seçdikləri fəaliyyət növləri üzrə lazımi avadanlıqlarla təmin olunacaqlar. Özünəməşğulluq proqramının həyata keçirilməsində əsas məqsəd kiçik biznesin inkişaf etdirilməsi və gənclərin məşğulluğunun artırılmasıdır.

 

Keçidlər