Binəqədi rayonunun balaca fidanları rayon ərazisində yerləşən Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyində oldular
26 oktyabr tarixində Binəqədi rayonunun balaca fidanları rayon ərazisində yerləşən Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyində oldular.
Muzeyin əməkdaşları muzeyin tarixi barədə danışaraq burada qurulan guşə və eksponatlar haqqında ətraflı məlumat verdilər. Vurğulandı ki, muzey Azərbaycan Respublikasının kənd təsərrüfatının inkişafının tarixinə və onun gerçək vəziyyətinin işıqlandırılmasına həsr olunub.
Muzeyin ekspozisiyasında Azərbaycanın kənd təsərrüfatının müxtəlif sahələri: əkinçilik, heyvandarlıq, bağçılıq və s. müxtəlif çeşidli materiallar (sənədlər, fotoşəkillər) vasitəsi ilə öz əksini tapıb. Stasionar ekspozisiyanın tamaşaçılara nümayiş etdirilməsilə yanaşı muzey eyni zamanda geniş həcmli mühazirələr, sənədli filmlərin nümayişi, səyyar sərgilər və s. təşkil edir.
Daha sonra muzeydə olan guşələrdə müxtəlif nağıl personajlarının geyimlərində olan balaca fidanların fotosessiyası təşkil edildi.