Şriftin ölçüsü :

Saytın rəngi :

“Leykemiyalı xəstələrə dəstək” aksiyası çərçivəsində silsilə tədirlər keçirilib

02 mart 2013 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyəti, “İRƏLİ” və “Leykemiya ilə mübarizə” İctimai Birliklərinin birgə təşkilatçılığı ilə 15 fevral 2013-cü il tarixində layihə çərçivəsində Park Bulvar AVM-də “Dünya Uşaq Xərçəngi Günü”nə həsr olunmuş xeyriyyə konserti, 17 fevral tarixində Rumın bəstəkarı “Corce Enesku” adına parkda “Leykemiyalı xəstələrə dəstək - Mən yaşamaq istəyirəm” adlı fleşmob keçirildi. Tədbirdə fəvvarənin suyu qan rəmzi olaraq qırmızıya boyanıb qırmızı qanın qalib gəldiyini, gənclər  insan şəklində toplaşıb onun daxilində qan dövranını göstəriblər. Fəvvarə ətrafında isə leykemiyadan əziyyət çəkən uşaqların şəkillərindən ibarət sərgi keçirilib. Eyni zamanda könüllü gənclər qrupu tərəfindən şəhər sakinlərinə xəstəlik haqda maarifləndirici bukletlər paylanılıb.
Martın 1-də isə “Azəryol” Voleybol Klubunun konfrans zalında “Leykemiyalı xəstələrə dəstək” layihəsinin yekunu olaraq dəyirmi masa keçirildi. Dəyirmi masada layihənin yekun hesabatı təqdim olundu, layihə çərçivəsində çəkilən sosial rolikin təqdimatı keçirildi və leykemiya ilə bağlı təkliflər səsləndirildi. Dəyirmi masada Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, millət vəkili Ceyhun Osmanlı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyini təmsil edən nümayəndələr, səhiyyə işçiləri və özəl qurumların təmsilçiləri iştirak etdilər.
        “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev layihə haqda ümumi məlumat verərək layihənin önəmliliyini söylədi. Daha sonra çıxış edən Millət vəkili Ceyhun Osmanlı dövlət tərəfindən bu səpkidə tədbirlərin keçirildiyini qeyd edərək, daim qayğı və diqqətin göstərildiyini vurğuladı.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov çıxışında belə tədbirlərin keçirilməsinin vacibliyini bildirərək bu səpkidə mütəmadi olaraq maarifləndirici layihələrin keçirilməsinin zəruriliyini qeyd etdi.

Keçidlər