Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Binəqədi rayon təşkilatında sosial şəbəkələrdə aktivliyin artırılması istiqamətində tədbir keçirildi

26 oktyabr 2016 | 11:00

26 oktyabr tarixində YAP Binəqədi rayon təşkilatında sosial şəbəkələrdə aktivliyin artırılması istiqamətində tədbir keçirildi.
İclasda YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Aparat rəhbəri Sevinc Abdullayeva, Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, rayon icra nümayəndələrinin, bələdiyyələrin səhifə adminləri və YAP-nın fəal gəncləri iştirak etdilər.
İlk öncə iclası açıq elan edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov  sosial şəbəkələrin əhəmiyyəti haqqında geniş məlumat verdi və Binəqədi rayonunda gənclərin bu sahədə daha da aktivliyinin təmin edilməsi üçün işlərin təkmilləşdirilməsini diqqətə çatdırdı.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova sosial şəbəkələrdə aktivliyin artırılması istiqamətində Binəqədi rayonunda yaradılan  mobil şəbəkənin əhəmiyyəti və bu sahədə gələcək də görüləcək işlər haqqında məlumat verdi.
Çıxışlardan sonra YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə və fəal gənc Leyla Quliyeva rayonda sosial şəbəkələrdə gənclər üçün yeni yaradılan mobil qrup və həmin qrup çərçivəsində görüləcək təkliflər ətrafında məlumatları diqqətə çatdırdılar.
Sonra iclas gənclərin diskussiyası ətrafında davam etdirildi.

Keçidlər