Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Radikalizm, separatizm və terrorizmin fəsadları” mövzusunda tədbir keçirildi

28 oktyabr 2016 | 11:00

Oktyabrın 28-də Binəqədi rayonunda “Radikalizm, separatizm və terrorizmin fəsadları” mövzusunda tədbir keçirildi.
Binəqədi Rayon İcra Hakimiyyəti, Dövlət Təhlükəsizlik Xidmətinin Binəqədi rayon İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 246 nömrəli orta məktəbin müəllim-şagird kollektivi iştirak etdi.
Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai- siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov mövzu ilə bağlı çıxış etdi. O, radikalizm və onun fəsadları, onun cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələri, habelə dini radikalizmə qarşı mübarizə metodları barədə tədbir iştirakçılarına ətraflı məlumat verərək, radikalizmin qarşısının alınmasında təhsilin önəmini xüsusi qeyd etdi.
Daha sonra çıxış edən Dövlət Təhlükəsizlik Xidmətinin Binəqədi rayon idarəsinin məsul əməkdaşı Namiq Hüseynov gənclərimizə hər zaman vətənpərvər, dövlətçiliyə sadiq olmağı tövsiyə edərək, dini ekstremizmə və terrorçuluğa qarşı mübarizə metodları, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilməkdə olan tədbirlərdən bəhs etdi.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin məsul əməkdaşı Vasif Musayev isə öz çıxışında dini radikalizm, qeyri-ənənəvi dini cərəyanlar haqqında geniş məlumat verərək onlara qarşı mübarizənin əhəmiyyətindən danışıb, bu istiqamətdə Dövlət Komitəsi tərəfindən həyata keçirilən tədbirlər haqqında tədbir iştirakçılarına məlumat verdi.
Tədbirin sonunda 246 nömrəli məktəbin direktoru Almaz Bayramova qonaqlara məktəbin müəllim kollektivi adından minnətdarlığını bildirərək bundan sonra da Azərbaycan gəncliyinin sağlam düşüncəli, milli-mənəvi və vətənpərvərlik dəyərləri ruhunda tərbiyə olunmasına töhfə verəcəklərinə söz verdi.

Keçidlər