Xocəsən bələdiyyəsində növbəti “Açıq qapı” vətəndaş forumu keçirildi
28 oktyabr 2016-cı il tarixdə Xocəsən bələdiyyəsində növbəti “Açıq qapı” vətəndaş forumu keçirildi.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Aparatın şöbə müdirləri, RİH başçısının Xocəsən və 28 May qəsəbələri üzrə nümayəndələri, Xocəsən bələdiyyəsinin sədri, hüquq-mühafizə orqanlarının rəhbər vəzifəli şəxsləri və Xocəsən, 28 May qəsəbələrinin sakinləri iştirak etdilər.
Görüşdə sakinləri narahat edən problemlər dinlənildi və həmin problemlərin bir qisminin həlli üçün aidiyyəti vəzifəli şəxslərə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən yerində tapşırıqlar verildi, vətəndaşlara qanunvericiliyin tələbləri ətraflı izah edildi, bir qisminin həlli isə nəzarətə götürüldü.