Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində yerləşən müəssisələrin rəhbərlərinə təşəkkür məktubları təqdim edildi
17 oktyabr 2016-cı il tarixdə Bakı Atıcılıq Mərkəzində təşkil olunan və Dövlət Müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümünə həsr olunmuş “Müstəqilliyim, mənim yaşıdım” adlı bayram tədbiri çərçivəsində keçirilmiş sərgiyə dəstək verdikləri üçün Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri cənab Yavər Camalova, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri cənab Heydər Əsədova və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri cənab İnam Kərimova, həmçinin sərgidə yaxından iştirak etdiklərinə görə İT Step Akademiyasına, “İdrak” liseyinə, Müslüm Maqomayev adına 26 saylı musiqi məktəbinə, “Altis Group of Companies” MMC-nə, “Az- Filter” MMC-nə, “Binagadi Oyl Company” şirkətinə, “Bakı Tekstil Fabriki” MMC-nə, “Caspel” MMC-nə, “Elmed” Tibb Mərkəzinə, “FAB Boya və Kimya Sənayesi” MMC-nə, “HB” Co LTD, “Vertebra” Onurğa Tibb Mərkəzinə, "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq- Gənclər Futbol Məktəbinə və Bakı Atıcılıq Mərkəzinə Binəqədi Rayon İcra Hakimiyyəti adından təşəkkür məktubları ünvanlanıb.
Təşəkkür məktubları Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları tərəfindən kollektivin iştirakı ilə rayon ərazisində yerləşən müəssisələrin rəhbərlərinə təqdim edildi.