Şriftin ölçüsü :

Saytın rəngi :

“Multikulturalizm – Azərbaycan Respublikasının dövlət siyasəti kimi” istiqamətinin ixtisasartırma növü üzrə əlavə təhsil kursu keçirilib

29 oktyabr 2016 | 11:00

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 24-28 oktyabr 2016-cı il tarixlərdə Akademiyanın Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutu Rəhbər kadrların fasiləsiz təhsili mərkəzi tərəfindən “Multikulturalizm – Azərbaycan Respublikasının dövlət siyasəti kimi” istiqamətinin ixtisasartırma növü üzrə əlavə təhsil kursu keçirilib.
Əlavə təhsil kursunda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təqdimatı ilə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin Rayon Gənclər və İdman İdarələri ilə iş və Kadrlar sektorunun müdiri Gündüz Vəliyev iştirak ediblər.
Əlavə təhsil kursunda, həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilindən (Ombudsman) dinləyicilər iştirak ediblər.

Keçidlər